Kompleks layihə idarəetməsi ilə xəyallarınızdakı binanı təməldən damadək biz inşa edirik.
Proland Group, binaların 0-dan son mərhələyədək tikilib təhvil verilməsi üzrə tam xidmət paketləri təqdim edir. Şirkətimiz dizayn, planlaşdırma, inşaat və son təhvilvermə mərhələlərini bir araya gətirərək kompleks layihələrin icrasını həyata keçirir. Biz hər bir layihəni ətraflı planlaşdırır və müasir tikinti standartlarına uyğun icra edirik.
Müasir tikinti texnologiyalarından istifadə edərək, davamlı və yüksək keyfiyyətli obyektər inşa edirik. Proland İnşaat, müştərinin istəyinə uyğun olaraq layihələri estetik, funksional və təhlükəsiz şəkildə tamamlamağı hədəfləyir. Bizim peşəkar komanda, hər bir layihənin bütün mərhələlərini dəqiq və effektiv şəkildə icra edir.
Hər bir layihə üçün fərdi yanaşma tətbiq edərək, müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edirik. Tikinti prosesində yüksək keyfiyyətli materiallardan istifadə edərək, uzunömürlü konstruksiyalar yaradırıq. Şirkətimiz büdcə və vaxt məhdudiyyətlərinə ciddi şəkildə əməl edərək layihələri uğurla təhvil verir.
Torpaq sahəsinin analizi, eskiz və işçi layihələrin hazırlanması, dövlət icazələrinin alınması.
Qazıntı işləri, təməlin qoyulması və binanın dəmir-beton karkas sisteminin qurulması.
Bütün mühəndis xətlərinin çəkilməsi, divarların hörülməsi və fasadın izolyasiyalı üzlənməsi.
İnteryer dizayna uyğun son tamamlama işləri, ərazinin abadlaşdırılması və açarların təqdimi.
Azərbaycan bazarında özünü sübut etmiş tərəfdaş.
Tikinti zamanı gözlənilməz xərclərin qarşısının alınması.
Yalnız təcrübəli mühəndis və usta heyəti.
Layihələrin müqavilədə göstərilən tarixdə təhvili.
Sizin üçün ən etibarlı və uzunömürlü binanı inşa etməyə hazırıq.
Bizimlə Əlaqə Saxlayın